"Bu il Təhsil Nazirliyi ən çox sayda 700 vakant yer üzrə ümumtəhsil müəssisələrində direktor olmaq arzusunda olan şəxslər üçün şərait yaradacaq.

Unikal.org xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov "Təməl " verilişində deyib. Onun sözlərinə görə, bu indiyədək məktəb direktoru yerləri üçün təqdim olunan ən böyük vakant sayıdır.

"Aprel ayının 1-dən etibarən director olmaq istəyən şəxslərin elektron ərizələrinin qəbulunu həyata keçirəcəyik. Elektrion ərizələr Təhsil Nazirliyində işçi qrup tərəfindən yoxlanılacaq və təsdiq ediləcək. Təsdiq edilmiş elektron ərizələri göndərən namizədlər test imtahanı mərhələsinə dəvət olunacaqlar. Burada namizədlərə 40 sual təqdim olunacaq. Suallar əsasən əmək, təhsil qanunvericiliyini, müasir idarəetmə sahələri üzrə olacaq. Test mərhələsindən sonra namizədlərdən esse yazmaq tələb olunacaq. Yeni qaydalara əsasən namizədlər komputer üzərindən yazacaqlar və onların İKT bilikləri yoxlanılacaq. Esse üçün mövzular əvvəlcədən elan olunacaq. Həm test imtahan mərhələsi, həm esse ayrı-ayrılıqda qiymətləndiriləcək. Sonuncu müsahibə mərhələsi də qiymətləndiriləcək. Nəticədə bütün mərhələlər üzrə verilən qiymətlər toplanaraq ümumi bala uyğun namizədin seçdiyi vakant yerə yerləşdirmə aparılacaq.

E.Bağırov qeyd edib ki, yeni qaydalarda əsas yeniliklərdən biri ehtiyat kadr bazasının formalaşdırılmasıdır.

"Namizədlər keçid balını toplasalar və seçdikləri vacant yerə keçə bilməsələr də onların nəticələri ləğv olunmur və iki il müəddətində qüvvədə saxlanılır. Onların yaranan və mövcud vakanr yerlərə namizədliyi veriləcək. Hər bir namizəd yaşadığı yer üzrə 4 vakant yer seçə bilər. Elə bir rayonumuz yoxdur ki, vakant direktor vəzifəsi olmasın.

E.Bağırov bildirib ki, direktor vəzifəsi vacant olan yerlər daha çox Ağdam, Cəlilabad, Goranboy rayonlarındadır.

"Nisbətən şəhərə yaxın rayonlar, şəhər məktəblərində vakant yerlərin sayı azdır. Bu gün şəhər və rayon mərkəzi kəndlərdə qadınlar, kənd məktəblərində isə daha çox kişilər direktordur. Bu nisbət hələki dəyişməyib.