Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan, rəsmi Twitter hesabından 8 dildə Rəcəb ayının birinci cümə axşamına təsadüf edən Rəğaib Gecəsi münasibəti ilə bütün müsəlmanlara mesaj ünvanlayıb.

Unikal.org xəbər verir ki, prezident Azərbaycan dilində də mesaj yazmağı unutmayıb. Əroğan bildirib ki, millətimizin və bütün İslam aləminin mübarək Regâib gecəsini təbrik edirəm. "Regâib Gecəsi və mübarək üç aylar bütün insanlığa sülh və dinclik gətirməsini Rəbbimdən niyaz edirəm." - ifadələrini istifadə edib. 

Prezident eyni paylaşımı Ərəb, İngilis, Kürtcə, Zazaca, Urdu, Fars və Azərbaycan dilində də yazıb.

Qeyd edək ki, Rəcəb ayının birinci cümə axşamına təsadüf edən Rəğaib Gecəsinin özünə məxsus əməlləri və namazları var. Rəcəb ayının birinci cümə gecəsinə "Leylətul-Rəğaib" - "arzular gecəsi" deyilir. Cümə axşamı günü oruc tutmağın böyük savabı var. Allahın Elçisi Məhəmməd Peyğəmbər (s) buyurur: "Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın, mələklər həmin gecəyə "arzular gecəsi" deyərlər".
Bu günün savabını qazanmaq üçün həftənin dördüncü günü oruc tutulur, cümə gecəsi Şam və İşa namazları arasında on iki rükət (altı dəfə iki rükətli namaz) namaz qılnır. Hər rükətdə "Fatihə" surəsindən sonra üç dəfə "Qədr" və on iki dəfə "İxlas" surəsini oxunmalıdır.
Namazdan sonra bu zikr yetmiş dəfə oxunmalıdır: "Əllahummə səlli əla Muhəmmədin ən-nəbiyyil ummiyyi və alihi".
Sonra səcdə etməli və səcdədə yetmiş dəfə bu zikri deməlidir: "Subbuhun Quddus rəbbul məlaikəti vər-ruh".
Sonra başını səcdədən qaldırmalı və yenidən səcdəyə gedərək bu zikri yetmiş dəfə deməlidir: "Rəbbi iğfir vərhəm və təcavəz əmma tə`ləm (minni), innəkə əntəl əliyyul əzim".
Bu dəfə də başını səcdədən götürməli və yenidən səcdəyə gedərək bu zikri yetmiş dəfə deməlidir: "Subbuhun Quddus rəbbul məlaikəti vər-ruh"