Azərbaycanda son 16 ildə 50 yaşından sonra ana olan qadınların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, 1999-cu ildən 2015-ci ilədək Azərbaycanda 50 yaşdan yuxarı qadın 516 körpə dünyaya gətirib. Sözü gedən müddət ərzində ən çox 1999-cu ildə 50 yaşından yuxarı qadının dünyaya 106 körpə gətirdiyi məlum olub. Sonrakı illərdə bu tendensiyada azalma müşahidə olunsa da, 2006-ci ildə 37, 2012-ci ildə 42, 2013-cü ildə isə 46, 2015-ci ildə isə 38 körpə yaşı 50 -dən yuxarı qadınlar tərəfindən doğulub.

Unikal.org-un araşdırmasına görə, 50 yaşdan yuxarı dünyaya uşaq gətirən qadınlar arasında bir neçəsi 60 yaşda olanlar da var.

Qeyd edək ki, 1999-cu ildən 2015-ci ilədək 40-50 yaş arası qadınlar təxminən 33 min 845 körpə dünyaya gətirib. Dövlət Statistika Komitəsindən Unikal.org-a o da bildirilib ki, 2016-ci ildə ölkəmizdə 50 yaşdan sonra ana olanların statistikası da açıqlanacaq.