Səhiyyə Nazirliyi Azərbaycanda 50 yaşdan yuxarı qadın tərəfindən 516 körpə dünyaya gətirilməsi məsələsinə münasibət bildirib. 

Nazirliyin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova Unikal.org-a deyib ki, 50 yaşdan sonra təbii yolla dünyaya uşaq gətirmək mümkün deyil: 

"Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hər qadının uşaq dünyaya gətirməsi üçün yaş bölgüsü var. 18 yaşından 40 yaşınadək qadınlar təbii yolla dünyaya uşaq gətirmək qabliyyətinə malikdir. Dünya Səhiyyə Təşkilatı qadınlara ilk övladını 20 yaşından 25-yaşadək dünyaya gətirməyi tövsiyyə edir. İkinci və üçüncü övladın doğulmasına 25 yaşdan sonra icazə verilir. DST-də belə bir qanun var ki, 35 yaşından yuxarı təbii yola uşaq dünyaya gətirən anaların özvladının 50 faizində genetiq problemlərə rast gəlinir. Ona görə bu yaşdan sonra qadının təbii yolla hamilə qalıb, doğması çox risklidir. 40 yaşından sonra qadınların orqanizmində təbii olaraq qocalma gedir. Həmin insanlarda beyin qabığı və beyin qabığı altı strukturlar yaşlaşmış olduğundan, öz funksiyalarını yetərincə, yerinə yetirə bilmirlər. Ona görə də 40 yaşından yuxarı qadınlarda yaşla əlaqədar dəyişikliklər baş verir. Artıq bu yaş dövründə qadınların yumurtası yetişmir. 30 yaşından sonra qadınların uşağa qalmaq şansı 5 ildən bir 15 faiz azalır. Məsələn, 18-25 yaş arası qadınlardan 50 faizi təbii yolla uşağa qala bilirsə, 30-35 yaşında 15 faiz, 40-45 yaşında isə bu rəqəm sıfıra yaxınlaşır. Əgər ağac quruyubsa, onun bar verməsi nə dərəcədə mümükündür? Hesab edirəm ki, 50 yaşdan yuxarı qadınların təbii yolla uşaq dünyaya gətirməsi qeyri-mümkündür. Bir sözlə, dünyada 40 yaşdan sonra qadınların əksəriyyəti süni mayalanma yolu ilə ana ola bilir. Burada iki variant var: Birinci qeyd edəcəyim məqam xaricdə daha geniş yayılıb. Misalçün, cavan qadın karyera qurur deyə, 18-25 yaşında uşaq dünyaya gətirmək istəmir. O, öz yumurtalarını dondurur və bankda saxlayır. 35 və yaxud 50 yaşında ailə quranda öz yumurta hüceyrəsini götürüb, həyat yoldaşının toxumu ilə mayalandırıb qarnına yerləşdirir. Hormonal pereparatlar vasitəsi ilə döl 9 ay bətindəböyüyür və vaxtında dünyaya övlad gəlir. Dünyanın məşhur xanımları Cenifer Lopers, Alla Puqaçeva və digərləri məhz bu üsulla 45 yaşından sonra ana olublar. İkinci bir məsələ cavan bir insanın donor yumurtasını mayalandırıb öz qarnında əkməsidir. Buna suroqatlıq deyirlər. Qeyd etdiyim bu iki yolla qadınlar uşaq dünyaya gətirirlər. 

Respublikanın baş mama-ginekoloqu Azərbaycanda 1999-cu ilən 2015-ci ilədək 50 yaşda qadınların uşaq düyaya gətirməsinə də münasibət bildirib: "Azərbaycan qanunvericiliyində digər şəxsin yumurtalığı ilə dünyaya uşaq gətirmək sirr sayılır. Bunu heç bir klinika açıqlayıb deyə bilməz ki, bu qadının özünün yumurtasıdır, yoxsa bacısının və yaxud başqa bir cavan xanımın. Bu haqda heç bir məlumat verilə bilməz. Azərbaycan 2004-cü ildən süni mayalanma ilə məşğul olmağa başlayıb. Biz 2004-cü ildən bu günədək yalnız rəqəmləri yığırıq. Bu gün Azərbaycan qanunvericiliyində suroqatlığa icazə verilmir. Çox güman ki, 1999-cu ildə 50 yaşdan yuxarı 106 nəfər körpə dünyaya gətirən qadın ölkəmizdə deyil, xaricdə süni mayalanma ediblər. Onlar İranda, Türkiyədə, Gürcüstanda, Rusiyada mayalanma edib, Azərbaycanda doğublar. Çünki 2004-cü ilədək Azərbaycanda heç bir müəssisədə süni mayalanma olmayıb.