Kilosu 720 manat olan alça alması ilə gündəmə gələn müğənni Təranə Qumral yenə əsəbiləşdi.
Unikal.org-un məlumatına görə,müğənninin ötən gün alça ilə paylaşdığı fotosu müzakirəyə səbəb olmuşdur. Bir çoxları ifaçını bu addımına görə qınamışdı.
Sənətçi ünvanına deyilən təhqirlərə sərt cavab verib: "Mənim şəklimin altına gic-gic sözlər yazan geridüşüncəli səviyyəsizlər, az özünüzü dilənçi kimi aparın. Ay bilmirəm hamilədir, ay bilmirəm xəstədir... Hamınızın imkanı da, geyimi də var. Nə yaxşı əlinizdə bahalı telefonlarınız var, girib İnstaqramda müğənniləri, jurnalistləri qınağa çəkə bilirsiniz. Əlinizdə əlacınız olsa, deyərsiniz, kim nə qədər qazanır gətirib hamısını sizə versin. Ayıb olsun biədəb sözlər yazanlara. Qaldı ki, alçaya... 10 manata hər yerdə var, gedin alın zəhərlənin".