Aparıcı Elgiz Əkbərin ARB-də yayımlanan "Elin gözü proqramında xalq artisti İlhamə Quliyevadan bəhs olunub.

Unikal.org-un  məlumatına görə, verilişdə mərhum müğənninin yaxınları iştirak edib.

Müğənni Əli Mirəliyevin qızı Samirə Mirəliyeva İ.Quliyevanın şəkər xəstəsi olduğunu söyləyib:

"2009-cu ildən İlhamə xanıma baxırdım. Bir dəfə halı pisləşdi, xəstəxanaya apardılar. Eldar müəllimin (İ.Quliyevanın dayısı oğlu - red.) qızı ilə xəstəxanaya getdik, dəhşətli vəziyətdə gördük. İlhamə xanım elə pisidi ki... Elə bil onu qutuya salmışdılar. Onun yanında Orxan və dostu Vüqar var idi. Ayaqları pis halda idi. 2008-ci ildə ayağından yara çıxdı, şəkər idi. Hamıdan gizlədirdi, dərin yaraları var idi. Basqı altında oldu, onumənəvi öldürdülər. İndi miras davası döyənlərə dəfələrlə yığıb deyirdim, gəlin. Heç olmasa, ona bir gün siz baxın.Deyirdilər, öləndə gələrik. Ölümündən iki həftə əvvəl vəziyyəti daha da pisləşmişdi, yeriyə bilmirdi. Onu güclə ora-bura daşıyırdıq. Ona bir kişi zəng edib şantaj edirdi ki, "Bizdə səsyazıların var". Adını bilmirdik, amma səsini eşidirdik. Bunu çox ürəyinə saldı".

Ə.Mirəliyev "Dəfələrlə bacılarına deyirdim, gəlin bacınızı görün. Deyirdilər, ölsə də gəlməyəcəm. İndi niyə miras davası döyürlər" sözlərini əlavə edib.



İ.Quliyevanın dayısı oğlu Eldar İsmayılov məsələ ilə bağlı bunları deyib:

"Ətrafına son vaxtlar yığışan insanların məqsədi ona kömək yox, istifadə etmək idi. O, kişi kimi pul xərcləyən idi. Qohumları da onu görməyə gəlirdi. İndi məhkəməyə gedib, aralarında problem yaradıb, pul bölmək istəyənlər var. İlhamə xanıma hamı bəxtəvər deyirdi. Onun nə ailəsi, nə uşağı var idi. Kimə yardım göstərirdi, bilirdi ki, onunla səmimi deyil. İlhamə Quliyevanın ürəyi partladı. Bütün zənglərə özü cavab verirdi. Onun yanında olan xadimə deyirdi ki, hadisə gecə olub. Ona zəng edib şantaj edirdilər. Onun ürəyini partlatdılar. İlhamə qorxaq idi, el arasında biabır olmaqdan çəkinirdi. Övladsız qadına pis baxırdılar".

İ.Quliyevanın ölümündə təqsirli bilinən Mehriban Hüseynovaonunla bağlı etibarnaməni təqdim edib:

"Həmişə dostu kimi mənə dərdini deyirdi. Deyirdi ki, məndən sonra adımı yaşadacaqsan. Mənim xaricdə yaşayan dayım oğlunu, Əli Mirəliyev və qızı Samirəni taparsan. Adımafond yaradarsınız, əsgərlərə, kasıb insanlara kömək edərsiniz. Hər zaman bu sözü deyirdi. Bununla bağlı mənə etibarnamə verdi. Bu kağıza görə məni həbs də etdirdilər. Bu kağız İlhamə Quliyeva öləndən sonraetibarını itirdi".axşam.az