Ermənistanın Baş Prokurorluğunda yaradılmış işçi qrupu seçki məntəqələrində qeydə alınan 57 pozuntu barədə məlumat alıb.

Unikal.org-un "Novosti-Armenia" agentliyinə istinadən verdiyi məlumata görə, 46 halda seçki məntəqələrində rüşvət vermə faktı qeydə alınıb. Digər 11 pozuntu isə vətəndaşların sərbəst səkildə səs verə bilməmələri ilə bağlıdır.