Aralarındakı mübahisəni sözlə həll edə bilməyib soyuq silaha əl atdılar.

Unikal.org bildirir ki, olay Antalyada baş verib. 35 yaşlı Orhan Mert qılınc zərbəsindən dünyasını dəyişib, 24 yaşlı Tuncer Şeli isə yaralanıb. Hadisəni törədənin adı açıqlanmır.

1 gün öncə cəzaçəkmə müəssisəsindən şərti olaraq azadlığa buraxılan adı çəkilməyən şəxs digər iki gənclə evində görüşüb. Söhbət edərkən aralarında yaranan mübahisə sonda qanla bitib. Polis məsələ ilə bağlı araşdırmalara başlayıb.