1 Aprel zarafatı edən qurumlar sırasına Rusiyanın Xarici İşlər Nazirliyi də qatılıb. Nazirliyin hədəfində ABŞ mediası və burada yerl alan "Rusiyanın ABŞ sekçilərinə müdaxilə etməsi" iddiası da var. 

Unikal.org bildirir ki, nazirliyin rəsmi "facebook" səhifəsində aprelin 1-də səs yazılıb yayımlanıb. Həmin səs qeydində bunlar səsləndirilir:  "Rusiya səfirliyinə xoş gəlmisiniz. Zənginiz bizim üçün çox önəmlidir. Siyasi rəqiblərinizə rus diplomatdan telefon zəngi gəlməsini istəyirsinizsə 1-ə basın" -deyə bildirilir. 
 
Daha sonra "Rus hakerlərin xidmətlərindən istifadə etmək üçün 2-ə basın. Əgər seçkilərə müdaxilə edilməsini istəyirsinizsə üçə basın və növbəti seçkilərə qədər gözləyin" ifadələri yer alır. 

Qeyd edək ki, noyabr ayının 8 də Donalq Trampın qələbəsi ilə yekunlaşan seçkilərin ardından kəşfiyyat xidmətləri məlumat yayaraq Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiə etdiyini bəyan etmişdi.