Əvvəllər ABŞ prezdenti Donald Trampa məxsus olan "Ferrari F430" avtomobili Florida ştatında "Auction America" auksionunda 270 min dollara satılıb.

Unikal.org  xəbər verir ki, bu barədə məlumat "France Press" agentliyində yer alıb.

Məlumata görə, ABŞ liderinin keçmiş şəxsi avtomobili aprelin 1-i satışa çıxarılıb. Tramp "Ferrari F430" avtomobilini şəxsi istifadəsi üçün 2007-ci ildə alıb. Dörd ildə bu avtomobil ilə 3.8 min kilometr getdikdən sonra ABŞ prezidenti avtomobili satıb. Avtomobilin sonrakı sahibi onu yenidən satışa çıxarıb. Yeni sahibin isə adı məlum deyil.