Serbiyada keçirilən prezidentseçkiləri ilə əlaqədar təşkil olunan "exit-pollun nəticələri açıqlanıb.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, "Ipsos Strategic agentliyi tərəfindən keçirilən"exit-polun nəticələrinə əsasən, seçkidə böyük üstünlükləölkənin baş naziri Mladen Vuçiç qalib gəlir.O, seçicilərin 58,1 % səsini toplaya bilib.

İkinci yerdə Serbiyanın sabiq ombudsmanı Saşa Yankoviç (13,8%), üçüncü isə gənc siyasətçi Luka Maksimoviçdir (9,3%). Ümumilikdə, seçkilərdə 11 namizəd iştirak edir.

Serbiya prezidenti 5 illik müddətə seçilir və bu postu iki dəfədən çox tuta bilməz.Serbiya Konstitusiyasına əsasən, səsvermənin yekun nəticələri seçki məntəqələrinin bağlanmasından sonra 4 gün ərzində açıqlanmalıdır.