Xəbər verdiyimiz kimi, müğənni Niyam Salami "ATV Maqazin 10lar"la verilişində xalq artisti Aygün Kazımova və əməkdar artist Röya Ayxanla arasını vuran ifaçı haqqında danışıb.
Unikal.org xəbər verir ki, sənətçi müsahibəsi zaman həmin insanın adını çəkməyib. Müğənni Kərim Abbasov isə öz açıqlamasında 3-cü şəxsi ifşa edib:
"Onlar çox yaxın dost olublar. Bağda ərik söhbəti. Niyam ad çəkmədi. Amma hamı bilir ki, söhbət kimdən gedir, kor-kor. Üzülürəm ki, belə bir qalmaqal yaşandı. Bir-birlərinin yanında ayıbları var, belə etməsinlər."
Kərim iki məşhurun ayıblarından danışmasa da, çat verən dostluqlarından ağız dolusu danışdı:
"Adam Alllahla danışmalıdır, Rəhimin Niyamın üstündə haqqı çoxdu. Niyam da bir dost kimi həmişə onun yanında olub. Bir-birinin evində olublar, yeyib içiblər. Həmin vaxt Kərim yada düşmürdü. Özləri bilərlər, istəyərlər barışarlar. Onları barışdırmaq kimi bir niyyətim də yoxdur. İkisi də yaşda məndən böyükdür. Danışdırsan məni bəyənməzlər".big.az