Əməkdar artist, tanınmış müğənni Kəmalə Rəhimlinin səhhətində problemlər yaranıb.
Unikal.org xəbər verir ki, yeniçağ.az-a müğənni müalicə olunduğunu bildirib:
"Həkim nəzarətindəyəm, hər il mütəmadi olaraq? bir neçə dəfə "sistemlər qəbul edirəm ki, xəstəlik irəliləməsin. Bax, indi sizinlə danışıram, qoluma "sistemlər qoşulub. Bu xəstəlik elədir ki, bütün orqanları sıradan çıxarır. Məndə də elədir, ürəyimdə, qaraciyərimdə, ayaqlarımda problemlər yaranıb. Mən də neçə illərdir ki, süni həyat yaşayıram. Günüm dava-dərmanla keçir. Amma bu günümə də şükür edirəm.
Qeyd edək ki, sənətçi illərdir "şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Xəstəlik nəticəsində müğənninin gözlərində də ciddi problemlər yaranmışdı. Bir müddət öncə o, göz əməliyyatı da keçirib.