"Aşkı-memnu" nun ən sevilən obrazı kimi yaddaşlarda qalan 73 yaşlı, görünüşü ilə təəccübləndirməyə davam edən aktrisa Nebahat Çehre haqda gözlənilməz iddia yayılıb.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın "Alzheimer" xəstəsi olduğu deyilir. Sənətçiyə yaxın mənbələr bildirir ki, o, son zamanlar unutqan olmağa başlayıb, yaddaşında problemlər yaranıb. Məsələ o qədər ciddiləşib ki, dostları aktrisaya təcili müayinə olunmasının vacibliyini deyiblər.
Qeyd edək ki, 2013-cü ildə də N.Çehrenin "Alzheimer" xəstəsi olduğu deyilmiş, lakin aktrisa bunu təkzib etmişdi.