Dünya podiumlarının ən çox tələb olunan modeli Bella Hadid "Porter"jurnalı üçün kamera qarşısına keçib.
Unikal.org xəbər verir ki, , 20 yaşlı gözəlin fotolarını Terri Riçardson çəkib. Bella dərgiyə müsahibəsində dinlə münasibəti və ABŞ prezidenti Donald Trampın miqrasiya siyasəti haqda danışıb:
"Mənim atam qaçqın olub və ABŞ-a belə gəlib. Ona görə də bu mövzu bizim ailəyə yaxındır. Atam hər zaman dindar biri olub və bizimlə birgə dua edərdi. Mən müsəlman olmağımla fəxr edirəm".
Qeyd edək ki, Bella və Gigi Hadid bacılarının atası Məhəmməd Hadid fələstin əsilli qaçqındır. O, 14 yaşı olanda ailəsi ilə birgə Suriyadan ABŞ-a köçüb.