Avropa İttifaqı (Aİ) Ukraynaya 600 milyon avro maliyyə yardımı ayırıb.
Unikal.org xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko öz "Twitter" mikrobloqunda yazıb.
"Bu gün Avropa İttifaqı iqtisadiyyatın sabitləşdirilməsi və bu sahədə islahatların aparılması üçün makromaliyyə yardımı çərçivəsində 600 milyon avro məbləğində ikinci ödəməni edib", - deyə Poroşenko qeyd edib.