"10-dan sonra verilişində qonaq olan əməkdar artistFiruzə İbadova həmkarlarından söz açıb.
Unikal.org xəbər verir ki, əməkdar artist efirdə fonoqramla oxuyan həmkarlarını tənqid edib:
"Artıq özümə deyirəm ki, Firuzə qınından çıx, dəyiş. Məni bu sənətdən küsdürən səbəblər çoxdur. Canlı oxuyun da, o boyda səsiniz var. Elə xalq artisti var ki, xalq mahnılarımızı bilmir. Müğənninin səsi səhər də, günorta da, axşam da işləyir. Bunu bəhanə edirlər. Ürək varsa, səs də var. Səsim işləmirsə, gedib evdə oturmalıyam. Bunu əməkdar və xalq artistlərimizə deyirəm. Gənclərə deyə bilmərəm, yoxsa məni paxıllıqda günahlandırarlar. Mən sənətə pul üçün gəlməmişdim. Açıq-saçıqlığın tərəfdarı deyiləm. Müğənni ancaq səsini nümayiş etdirməlidir. Məni küsdürən, incidən səbəblər çoxdur. Çox vaxt verilişə dəvətləri qəbul etmirəm. Gedəcəm, burada sənətə hörmət etməyən gənc müğənni oturacaq, məni öz səviyyəsinə salacaq, özünü mənim səviyyəmə qaldıracaq".