Məşhur meyxanaçı Kərimin beyninə qəfil  qan sızıb. 

Bu barədə unikal.org-a meyxanaçının bacısı oğlu  Rüstəm məlumat verib.
 
O, bildirib ki, meyxanaçı  Mərkəzi Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: 

"Bu hadisə keçən həftənin cümə axşamı günü baş verib. Şəhər xəstəxanalarının birində idi. Amma səhhətində heç bir irəliləyiş olmadığına görə, Mərkəzi Kliniki Xəstəxanaya gətirildi. Dayım Kərim bazar günündən reanimasiyadadır. Artıq yavaş-yavaş özünə gəlir. Bir neçə gündən sonra palataya köçürülməsi gözlənilir".