Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkən məşhur aparıcı Hacı Nuranla görüşüb.
Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə aparıcı özü məlumat yayıb. O, H.Əliyev Fondunda Leyla Əliyeva ilə görüşdüyünü qeyd edib:
"Mənə tez-tez deyirlər, həyatın keşməkeşli yollarını necə belə inamla keçə bilirsən? Cavabım həmişə eynidir. İnsanları, Vətəni və Allahı sevin. Mən elə bu dəqiqə müalicəmi təşkil edən, ən çətin anlarda mənə dəstək verən çox sevdiyim Leyla xanımla görüşdüm. Onun məni isti qarşılaması, mənimlə maraqlanmasını, sağlamlığıma diqqətini görəndən sonra necə yaşamaq istəməyim? Bu qədər böyük ürəkli sadə azərbaycanlıdan doymaq mümkündürmü? Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Hər şeyə görə çox sağ olun, Leyla xanım".