Müğənni Beyons İnstaqramdakı ən nüfuzlu məşhurdur.
Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, istifadəçi sayı ilə Selena Qomez lider olsa da, Beyonsun paylaşımları son zamanlar daha çox diqqət çəkir.
Onun bir müddət əvvəl paylaşdığı hamilə fotosu 11 milyon insan tərəfindən bəyənilərək İnstaqramda rekorda imza atıb. Bundan sonra Beyonsun reklam paylaşımlarının qiyməti qalxıb.
O, son zamanlar hər hansı bir şirkətin reklam postu üçün bir milyon dollar alır.