Ötən gün Sevil və Sevinc Səfərovanın vurduğu 87 yaşlı piyadadan xəbər var.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, 1 saylı Şəhər Kliniki Xəstəxanasınadan ( "Semaşko) bildirilib ki, Zöhrab Ağayevin vəziyyəti kritik olaraq qalır. Xəstə hələ də, reanimasiyadadır:
"Vəziyyəti çox ağırdır, çox! Hələ reanimasiyadadır. Həkimlər əllərindən gələni edirlər.
Xatırladaq ki, əkizlər ötən gün yenicə aldıqları maşınla "Qoşa qala qapıları qarşısında qəza törədiblər. Vaxtında əyləcə basa bilməyən Sevinc yolu keçən piyadanı vurub.