İrs Partiyasının sədri Raffi Ovanisyan və Ermənistanın keçmiş Xarici İşlər naziri Vardan Oskanyan siyasətdən gedirlər.

Unikal.org xəbər verir ki, bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb. Mətbuat keçmiş Oskanyan-Ovanisyan-Ohanyan blokundakı şəxslərin keçmiş müdafiə naziri Seyran Ohanyanın rəhbərlik etdiyi yeni partiyada toplaşacaqlarını bildirib.

Qeyd edək ki, Oskanyan-Ovanisyan-Ohanyan bloku son seçkidə parlamentə düşmək üçün lazım olan 5%-lik baryeri keçə bilməyiblər.