Azərbaycanlı müğənni Afaq Aslan Türkiyəyə yollanıb.
Unikal.org-un məlumatına görə, Türkiyənin bir çox ciddi mətbuat orqanı onun prezident Rəcəb Tayyib Ərdoğana dəstəyindən yazıb. İfaçı açıqlamasında bildirib ki, aprelin 16-da keçiriləcək referendumdakı dəyişikliklərin lehinə cavab alınmasını istəyir. Onun bu fikirlərini "Milliyet.com.tr , "Haberler.com , "Yenisafak.com, "İhlas xəbər agentliyi, "Sondakika.com, "yurthaber.mynet.com kimi saytlar yayımlayıb.