Respublikanın əməkdar artisti Cavanşir Məmmədov vurulması ilə bağlı yayılan yanlış məlumatlara görə xəbərə münasibət bildirdi.
O, Unikal.org-a açıqlamsında qeyd edib ki,  proqramda çıxış edib restorandan çıxan zaman arxadan vurulub:
""Movida Plaza"da bizim əməkdar artisti Firuzə İbadova ilə yarım saatlıq çıxışımız var idi. Biz axşam 21:30-da  proqramda çıxış etdik. Çıxanda bir nəfər yoldaş bizə yaxınlaşdı ki, yarım saaat da qalıb çıxış etməlisiniz. Elə müğənnilər var ki, onları döyüb qovurlar. Yarım saat əlavə qalmaq üçün bizimlə mübahisə etdi. Mən də bildirdim ki, bizim başqa yerdə çıxışımız var. Gedib sonra qayıdarıq. Biz qapıdan çıxanda məni arxadan vurdu. Bununla bağlı toy sahibləri həmin şəxsi tənbeh etdilər. Bir neçə dəqiqə keçəndən sonra məlum odu ki, biz çıxandan sonra bu şəxs  özünü bıçaqlayıb". 
Cavanşir Məmmədov onu da bildirib ki, onu arxadan vuran "Cəbo" ləqəbi ilə tanınan Cəmil adlı şəxsdir:
"Şəxsin adı Cəmildi, "Cəbo" ləqəbi ilə çağırırlar. Məni döyməyib arxadan vurub. Həmişə hörmətli kişiləri arxadan vururlar. Zərəçəkən şəxslər Cavanşir Məmmədov, Firuzə İbadovadırsa xəbəri yayan zaman bu şəxslərlə əlaqə saxlamaq lazım idi. Yalandan xəbər yaymaq düzgün deyil".
 
Amid Əyyuboğlu