Şou-biznes nümayəndələri hər nə qədər şəxsi həyatlarını mediadan və onları sevənlərdən gizli saxlamağa çalışsalar da, tez-tez bununla gündəmə gəlirlər.
Unikal.org xəbər verir ki, bəzən evlilik, bəzən də boşanma xəbərləri verən məşhurlarımız arasında yerli müğənnilər də var. Kimisi dostca ayrılsa da, bəzi cütlüklər böyük qalmaqallarla yollarını ayırıblar. Lakin şou nümayəndələri arasında elə cütlüklər də var ki, onlar rəsmi şəkildə boşandıqdan sonra belə səmimi münasibətlərini qoruyur, hətta eyni evdə yaşayırlar.
Qalmaqalsız boşanıb, daha sonra dost olduqlarını açıqlayan Elton Hüseynəliyev və həyat yoldaşı prodüser Tamilla hazırda birlikdə yaşayırlar. Onlar tez-tez övladları ilə birlikdə səyahətlərə çıxır və xoşbəxt ailə tablosu göstərirlər.
Boşanmaqları ilə uzun müddət medianın gündəmini zəbt edən Musa Musayev və Təranə Qumral cütlüyü də bu qərarın ardından barışdılar. Onlar da digər məşhur cütlük kimi bir evdə yaşayır və çox xoşbəxt olduqlarını dilə gətirirlər.
Bir zamanlar şou-biznesin sevilən cütlüklərindən olan Aşıq Samirə və prodüser Rizvan da boşandıqdan sonra münasibətlərini bərpa edənlər arasındadır. Cütlük övladları üçün daima birlikdə ola biləcəklərini açıqlayaraq, dost olduqlarını söyləyib. Hətta Aşıq Samirə açıqlamasında keçmiş həyat yoldaşı Rizvanla gələcəkdə nikah masasına otura biləcəyini də söyləyib.metbuat.az