Xalq artisti Brilliant Dadaşova müğənni Elton Hüseynəliyev və prodüser Tarix Əliyevlə (Tolik) barışmasına münasibət bildirib.
Unikal.org-un məlumatına görə, müğənni bildirib ki, ilk dəfədir ona söz atan kimisə bağışlayır:
"Həyatımda ilk dəfədir ki, heç gözləmədiyim halda mənə xoşagəlməz sözlər atan insanları ürəkdən bağışladım. Bunu qəlbən hiss edirəm.
Qeyd edək ki, Elton xalq artistinin məclislərdə müğənnilərə mikrafon vermədiyini, səhnədə gözlətdirdiyini demiş və onu paxıl adlandırmışdı.axşam.az