"Mən həyatımı açıq kartla oynayıram. Bəzi sənətçilər gizlədir, mən onlardan deyiləm".
Unikal.org bildirir ki, bu sözləri big.az-a açıqlamasında Təranə Səmədova deyib.
O devalvasiya və Vergilər Nazirliyinin sıxışdırmasından sonra müğənnilərin xarici ölkələrdə istirahətlərinin gizlətməsindən söz açıb:
"Düzünü deyim ki, sənətçilər əvvəlki kimi qazanmır, 50%-i artıq xaricdə istirahət edə bilmir. Bizim sahədə də vəziyyət çətinləşib".
"Sizi serialda gördük. Filmdə necə görə biləcəyikmi?" sualına isə T.Səmədova belə cavab verib:
"Mənim aktrisalığımı bəyənirlər. "Eks bacanaqlar" serialında çəkiləndən sonra yaxşı reaksiyalar aldım. Maraqlı film təklifi alsam, çəkiləcəyəm".