Filippinin gözəllik kraliçası Meri Kristin Balaqtas faciəvi şəkildə qətlə yetirilib.

Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, 23 yaşlı model ona çiçək və şokolad gətirən fanatlarına qapını açarkən həmin adamlardan biri silahını çıxararaq atəş edib.

Model başından aldığı güllə yarası ilə xəstəxanaya aparılarkən yolda vəfat edib.

Polis cinayətkarın motosiklet ilə hadisə yerindən qaçdığını bildirib.