Bir neçə gün bundan qabaq beyninə qan sızıb, xəstəxanaya yerləşdirilən meyxanaçı Kərimin ailəsinə ağır itki üz verib.

Bu barədə Unikal.org-a meyxanaçı Ağamirzə məlumat verib.

O, bildirib ki, bu gün meyxanaçının anası Xanım Novruzova dünyasını dəyişib.

Qeyd edək ki, insult keçirən meyxanaçı Kərim hazırda Mərkəzi Klinik Xəstəxanadadır. Meyxana ustası Kərimin vəziyyəti yaxşıdır.

Zaurə Əmirova