"Bugünkü Azərbaycan himni heç nəyə yaramır, yeni himni yazılmalıdır".
Bunu unikal.org-a qısa müsahibəsində Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi deyib.
-Siyavuş müəllim, Azərbaycan himni ilə bağlı bir musiqiçi kimi fikrilərinizi bilmək istərdik...
-Bu haqda çox fikirlər deyilib. Ümumiyyətlə, əslində bu himn deyil. Üzeyr Hacıbəyov çox gənc olarkən yazdığı əsgər mahnısıdır. Xalq Cəbhəsi dövründə bu musiqidən himn düzəldilib. Mən musiqiçi kimi düşünürəm ki, belə böyük musiqi mədəniyyətinə malik olan Azərbaycanın ayrı himni olmalıdır. Təbii ki, Üzeyr Hacıbəyovun musiqisindən ibarət olan himnimiz olmalıdır. İndiki himni 18-20 yaşında Üzeyr Hacıbəyov yazmışdır. Üzeyr Hacıbəyov Koroğlu operasını yazmışdı.
Hər tərəfli düşünülmüş və melodiyası zəngin olan musiqidir. Hazırki himnimiz orkestirsiz ifa üçün heç yaramır. Bu çox böyük problemdir.
Rusiyada Sovetlər Dağıldıqdan sonra yeni himn yazıldı. Yenə də əvvəl Rusiyanın himnini yazmış Aleksandrın musiqisi üzərində himn yazdırdılar. Bu da əzamətli və möhtəşəmdir.
Mən hesab edirəm, Üzeyir bəyin bir çox əsərləri var ki, onlar Azərbaycanın himni ola bilər. Hazırki himnimizdən qat-qat səviyyəli, maraqlı, insanın daxilinə təsir edə biləcək musiqiləri var.
Azərbaycan himnini mərsiyə adlandırmaq düzgün olmasa da, çox qəmli və miskin musiqi üzərində qurulub. İnkişaf etmiş Azərbaycan üçün indiki himn elə müstəqilliyimizin ilk birinci günündən yaramır. Mən düşünürəm ki, bu məsələyə çox yüksək səviyyədə düzgün münasibət bildirilsə biz himnimizi əlbəttə ki, lazimi bir səviyyədə dəyişsək və bunu bütün xalq çox yaxşı qəbul edəcək.
-Üzeyir bəyin hansı müsiqisi himn ola bilər?
-Üzeyir bəyin çox müsiqilərin yeni yazılmış mətin üzərində himn etmək olar. İkincisidə ki, Koroğlu operasından "Ey vətən" müsiqisi var. Bu çox gözəl musiqidir. Bunu xorlada ifa etmək olar. Bu gün Azərbaycanın Qarabağ problemi var. Biz cəmiyyəti ruhlandırmalıyıq. Hesab edirəm ki, Koroğlu operasında Ey vətən musiqisi çox nikbin, qələbəyə aparan himndir və hamının ürəyindən olar. Bu çox yaxşıdır.
Amid Əyyuboğlu