Polşanın Svebodzitse şəhərində yaşayış binalarından birində baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  partlayış nəticəsində bina uçub. İlkin məlumata görə, hadisə qaz balonunun partlaması nəticəsində baş verib.

Ölənlərdən ikisinin uşaq olduğu bildirilir. Partlayış baş verən an binada 15 nəfər olub.

Hadisə yerində xilasetmə-axtarış işləri davam etdirilir.