Rəqqasə Fatimə Fətəliyeva ilə müğənni Nadir Qafarzadə arasında qalamqal yaşanıb.
Unikal.org-un məlumatına görə, rəqqasə iki ildir N.Qafarzadəni ad gününə çağırsa da, o, gəlmir.
F.atimə "Xəzər maqazin"ə açıqlamasında bildirib ki, dostluqlarının üstünə xətt çəkib:
"Söz vermişəm, daha onu çağırmayacam. Ondan başqa hamı gəldi. Nadir Qafarzadə ilə bitdi. Nadir belə etməməliydi. Biz onunla bu sənətdə eyni ərəfədə pillə-pillə qalxmışıq. Münasibətlərimiz əla idi, amma indi pisdi".