Teylor Svift yoxa çıxıb.

Unikal.org xəbər verir ki, 27 yaşlı ifaçı çoxdandır ki, tədbirlərə getmir, sosial şəbəkələrdə heç bir yeni paylaşım etmir. Hətta paparazzilər də Teyloru tapa bilmir.

Məlum olub ki, ulduz xanım hazırda Neşvilldə, gününün çox hissəsini səsyazma studiyasında keçirir, 6-cı albomunun üzərində çalışır.