Xəbər verdiyimiz kimi bir neçə gün öncə Məşhur meyxanaçı Ağakərim (Kərim Novruzov) səhhətində yaranan ciddi problemlə bağlı xəstəxanaya yerləşdirildi.

Hadisəsən bir gü sonra saytların birində onun ölüm xəbəri yayıldı. Meyxanaçının bacısoğlu Rüstəm açıqlamasında bildirib ki, nənəsi oğlunun ölüm xəbərini eşidəndən sonra ürəyi dayanıb.

Bəs, Kərimin öülümü ilə bağlı yalan xəbər yayan saytı hansı cəza gözləyir?

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən hüquqşünas Ələsgər Məmmədli bildirib ki, istənilən halda yalan xəbər yaymaq məsuliyyət yaradır: "İstintaq orqanı ananın vəfatının səbəbini Kəriminin ölüm xəbəri ilə əlaqələndirərsə, həmin xəbəri yayan şəxs məsuliyyətə cəlb oluna bilər. Bu məsələdə birbaşa əlaqəni tapmaq çətindir. Hər halda istintaq orqanı araşdırmalıdır. İntihar olsaydı, intihar həddinə çatdırma maddəsi ilə cinayət işi başlayıb sayt rəhbərini məsuliyyətə cəlb edərdilər. Ailəsi məhkəmədə iddia qaldırarsa, mənəvi zərər tələb edə bilər.

Qeyd edək ki, Kərimin ailəsi yalan xəbər yayan saytı məhkəməyə verəcəyini bəyan edib.

H.Babayev