Əməkdar artist Elza Seyidcahanla müğənni Nadir Qafarzadə arasında qalmaqal böyüyür.

Unikal.org xəbər verir ki,  N.Qafarzadə həmkarının ünvanına "Elza, sən sütül deyilsən, nənəsən sözlərini deyib, onu süd maşınına oxşatması qarşı tərəfi əsəbiləşdirib.

E.Seyidcahan "ATV maqazin onlarla verilişinə açıqlamasında həmkarını tənqid edib:

"Mən də ona baba deyə bilərəm. O da mənim babamdır. Nadirə analıq etmişəm. Mən olmasaydım, Nadir sənətdə olmazdı. Onu ilk dəfə efirə mən gətirmişəm".