"Orucluğa girməyə bir gün qalmışdı. Yazdım ki, xahiş edirəm yediyinizi paylaşmayın. Yazırlar "Bu gün burda yedim, tortumuz hazırdır. Birində var, birində yox, etməyin belə. Bu sözə görə məni topa tutdular.Mən olduğum kimiyəm. Heç nəyimi gizlətmirəm. Saatım orijinal deyil, 50 manata almışam. Bəzən 20 Yanvardan keçiddən paltarlarımı alıram. İki-üç pencəyim var, ancaq toylara geyinirəm. Nəyim varsa, özümündür.
Unikal.org-un məlumatına görə, bu sözləri rejissor Kənan M.M. "Qonaq gəl bizə verilişində deyib.
O bildirib ki, dramatik janrda olan filmlərin təməlini qoyanlardan biridir:
"İzlədiyim komediyaların birnömrəsi "Oğlan evidir. Orada şitlik yoxdur. Adam iş görüb, haqqını yeməyək. Dram janrına görə tamaşaçılar Rövşən İsaxa və mənə borcludurlar. Rövşən İsaxın "Vicdan haqqı serialı yayımlanır. Tamaşaçılar onun sayəsində gözəl serial izləyirlər. Mən filmi baxsınlar deyə çəkmirdim, özüm yaşayım deyə çəkirdim. Amma sən bu işi görmək üçün haradansa pul tapırsansa, onu qaytarmalısan. "Gecə qonağı 2"ni çəkmək üçün iki ekran işini qurban verdim".axşam.az