Bu ilin yanvar ayında Rusiyanın xalq artisti Valeriy Meladzenin qızı İnqa ailə həyatı qurub. Naməlum səbəbdən xalq artistinin qızı və onun sevdiyi şəxs Nori Vergiz təmtəraqlı toy etməkdən imtina edib.
Unikal.org xəbər verir ki, toya da çox az sayda qonaq dəvət olunub. Hətta müğənni belə toyda iştirak etməyib. Bu ilin oktyabr ayında isə cütlük ikinci dəfə toy edəcək.
Rusiya radiolarından birində qonaq olan xalq artisti qızının toyunu qəbul etmədiyini deyib:
"Mən bu toyu qəbul etmirəm! Əlbəttə ki, bu zarafatdır. Mən qızımın yoldaşını elə də yaxşı tanımıram. Bizim aramızda dil baryeri var. O, Britaniya vətəndaşıdır. Buna görə də onunla danışa bilmirəm. Əsas odur ki, qızım və yoldaşı bir-birini sevir və anlayır". istipress