1918-ci il Mart soyqırımında 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Unikal.org APA-ya istinadən verdiyi məlumata görə, fotoreportajı təqdim olunan Quba Memorial Xatirə Kompleksi prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamına əsasən soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə yaradılıb.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilib. Məzarlıqda təxminən 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Qalıqları tapılanların 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanı isə yaşlı kişidir.
Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında - Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb.
Heydər Əliyev Fondu tərəfindən 1918-ci ildə Azərbaycan qəzalarında törədilmiş soyqırımı tarixi faktlarla əks etdirən 16 adda, üç dildə buklet, 4 adda, üç dildə kitab nəşr edilib.