"Deyirlər, Namiqin dövranı gedib. Bəzi insanlar üçün bu sevinc hissidir. Mən bazarda çalışırdım. Çörək puluna ehtiyacım var idi. Sənətə gələndə risk etdim, işdən çıxdım. İndi bəhrəsini də görürəm.
Unikal.org-un məlumatına görə, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "10-dan sonra verilişində deyib.
Sənətçi bildirib ki, son günlər gəliri azalıb. N.Qaraçuxurlu duet oxumamasının səbəbini də açıqlayıb:
"O qədər uğurlu duetlərdən sonra qorxuram yenidən bu addımı atmağa. Məsuliyyət daşıyıram. Nə qədər özümü, adımı qoruyuramsa, o qədər az pul qazanıram və ya heç pul qazanmıram. Səviyyəmi qorumasam qazanaram. Bozbaşlaşsam, haqqımda çox danışılacam. Səviyyəyə doğru gedəndə adam tamaşaçısını itirir. Səviyyəli verilişlərə də az adam baxır".