Son bir neçə gündür ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidovun adına "Facebook" profili fəaliyyət mövcuddur. Media işçilərinin bir çoxu da həmin profilin Ehsan Zahidova məxsus olduğunu düşünərək dostluq göndərib. Həmin profildən gündəlik olaraq kriminal xronika ilə bağlı xəbərlər paylaşılırdı. Hazırda həmin profil fəaliyyətini dayandırıb. 

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən polkovnik E.Zahidov qeyd edib ki, həmin profil ona məxsus deyil: "Mən ümumiyyətlə heç bir sosial şəbəkədən istifadə etmirəm. Gələcəkdə istifadə etmək fikrim də yoxdur. Görünür saxta olub bağlayıblar".

Amid