"Qızın biri yazıb ki, bu mahnı çıxan günü ona qulaq asıb sevgilimdən ayrıldım. Camaatı ayırmışam. İstəmərəm ki, ayrılıqlar olsun. Ancaq təəssüf ki, bu, bizim əlimizdə deyil.
Unikal.org-un məlumatına görə, bu sözləri müğənni Günay İbrahimli "ARB Ulduz"un "Şou məkan" verilişində deyib.
Sənətçi "Addım-addım" mahnısından danışıb:
"Addım-addım mahnısına ilk dəfə sevgilimlə bir yerdə qulaq asmışdıq. Dedi yox, bunu oxuma. Burada yazır ki, addım-addım uzaqlaşıram, sənə yadlaşıram. Düşər-düşməzliyi olar. Elə oldu ki, mahnını oxudum vəonu sevən insanlardan birincisi elə o oldu. Dedi ki, çox adam deyəcək ki, ayrılıblar. Dedim qoy desinlər, göz qaytarırıq.
Müğənni inanclara inandığını da deyib:
"Qonşumuzda bir qadın var, həmişə qabağıma çıxanda mən evə qayıdıram. Çünki yoluma davam edəndə başıma mütləq nəsə gəlir. Göz, nəfs var. Əslində mən fala inanmıram. Düzdür xoşum gəlir, maraqlıdır qəhvə falı. Qəhvə falıma baxıblar deyiblər ki, təyyarə görünür burda. Uçacaqsan. Harasa gedirsən? Deyirəm, yox. Elə olub ki, bir plan çıxıb, səfərə getmişəm, orda düşünmüşəm ki, bunu mənə demişdilər. Evdən də, maşınımdan da cadu tapmışam. Bunlar normal şeylərdir. Məni istəməyənlərə isə quzu kəsərəm. Məni hamının istəməsi normal olmaz ki... Heç sevməyin, mənə belə də xoşdur. Əsas odur ki, mən sevirəm. Həyat sevincə gözəldir. İnsan həyatı, ətrafını, dostlarını, sevgilisini sevməlidir.