Meyxana ustası Ağakərim (Kərim) Novruzov Mərkəzi Klinik Xəstəxanadan evə buraxılıb.
Unikal.org xəbər verir ki, bu barədə apa-ya meyxanaçının bacısı oğlu Rüstəm Cənnətov məlumat verib.
Onun sözlərinə görə, meyxanaçı müalicəsini ev şəraitində davam etdirəcək. R. Cənnətov əlavə edib ki, dayısı özünü gümrah hiss edir, vəziyyəti yaxşıdır.
Qeyd edək ki, bir neçə gün bundan öncə meyxanaçının beyninə qan sızıb.