Məscidin sökülməsi böyük narazılıq yaradıb. "Sovetski"də plana düşən Hacı Cavad məscidinin söküntüsü müvəqqəti dayandırılıb. 

Unikal.org xəbər verir ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin İstiPress-ə verdiyi eksklüziv məlumata görə, bu qərar sakinlərlə danışıqdan sonra verilib. 

İcra başçısı bildirib ki, bu gün məscid ətrafında toplanan adamların əksəriyyətinin həmin əraziyə heç aidiyyəti olmayıb. Məscidin aqibətinə gəlincə, İbrahim Mehdiyev deyib ki, sözü gedən məscid plana düşdüyündən, onsuz da söküləcək. Sadəcə, yaxın vaxtlarda həmin məscidin köçürüləcəyi ərazi açıqlanacaq.