Əməkdar Mədəniyyət İşçisi Aşıq Samirə Əliyeva aşıq sənətinin təbliğatı naminə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan tələbələr ilə Heydər Əliyev adına Hava limanında flaşmob edib.

Unikal.org-un məlumatına görə, "Ana yurdum adlı 5 dəqiqəlik flaşmobun musiqisi Aşıq Pənaha məxsusdur.
 
Aşıq Samirə bildirib ki, Heydər Əliyev adına Hava limanını seçməkdə məqsədi İslam oyunları ərəfəsində istər yerli, istərsə də Azərbaycana təşrif buyuran əcnəbi qonaqlara milli musiqi alətlərimizi və müasir aşıq sənətini nümayiş etdirməkdir.