Musiqili Komediya Teatrının tanınmış aktrisasıÜlviyyə Əliyeva ("Keyxanım) "Space telekanalında aparıcılıq etdiyi "Bu maraqlıdır verilişinin bağlanması barədə ilk dəfə danışıb.
Unikal.org-un məlumatına görə, "APA TV-nin "Show time verilişində qonaq olan aktrisa bildirib ki, verilişin bağlanması sifarişli olub: "Belə bir deyim var ki, desəm, öldürərlər, deməsəm, ölləm. Bilmirəm bunu desəm, qalmaqala çevriləcək, yoxsa yox. Amma olanları deyəcəm. Allaha çox şükür, qüsurum, əyri-əskik nəyimsə olmayıb ki, onu gizlədim. Düşünürəm ki, verilişimin bağlanması sifarişli olmuşdu. Yəqin ki, mənim uğurlarım kimlərisə narahat edir. Kimsə evində oturub, verilişimdən bir hissəni telefonuna çəkmişdi. Yəni qərəzli bir çəkiliş olmuşdu. Və bunu sosial şəbəkədə yaymışdılar. Əslində buna məyus olmadım. Yəni mən o verilişdən qonorar almırdım. Layihə xoşuma gəlmişdi, razılıq vermişdim. Çünki heç bir verilişə bənzəmirdi. Veriliş bağlananda bəzi jurnalistlərdən incimişdim. Çünki heç bir zaman mətbuatdan qaçan insan olmamışam. Bəzi media işçiləri verilişin tam hissəsinə baxmadan, xəbər yazmışdılar ki, "Azərbaycan televiziya məkanında biabırçılıq.