Sabiq səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovun Binəqədi rayonu "Varovski" qəsəbəsindəki villasında kimin yaşadığı məlum olub. 

Unikal.org-un əldə etdiyi məlumata görə, həmin evdə sabiq nazirin xanımı, qızı və nəvəsi yaşayır. 

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.