Aprelin 13-də AzTV kanalında VI "Muğam Televiziya Müsabiqəsi-2017-³nin növbəti turu keçirilib.

Unikal.org "A24.aza istinadən xəbər verir ki, 16 yaşlı Almaxanım Əhmədli çıxışı ilə münsifləri heyrətləndirib. Çıxışından sonra Almaxanımın ifasını qiymətləndirən münsiflər ona daha yüksək qiymət vermək istəyiblər.

Qeyd edək ki, muğam müsabiqəsində tanınmış məmurlarla yanaşı Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov da iştirak edib. Munsiflərin arxa tərəfində əyləşən Tağı Əhmədov münsiflər iştirakçıların çıxışlarını qiymətləndirən zaman onun telefonla oynaması diqqət çəkib.