Ötən gün İranın Şərqi Azərbaycan vilayətində baş verən daşqınlarda bir ailənin bütün üzvləri həlak olub.

Azərşəhr şəhərində yaşayan bir ailə Hüseyn Aslani və Məsumə Heydəri, onların övladları Ehsan, Urfan və Zəhra selin qurbanı olublar.

Hazırda onların dəfn mərasimi keçrilir.

Qeyd edək ki, rəsmi məlumata görə, Şərqi Azərbaycanda baş verən daşqın faciəsində 48 azərbaycanlı dünyasını dəyişib.