Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 16-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına əsasən, Füzuli rayonunun Əhmədalılar kəndində bir ev və həyətyanı sahəyə baxış keçiriblər. 

Agentlikdən Unikal.org-a bildirilib ki, baxış zamanı bir ədəd 125 millimetrlik partlamamış "BM-22 top mərmisi və bir partlamış "PQ raketinin mühərrik hissəsi aşkarlanaraq götürülüb. Yoxlanan ərazi 150 kvadratmetr təşkil edib.

Agentlik tərəfindən yanvarın 1-dən aprelin 16-dək 5130 partlamamış hərbi sursat, tank əleyhinə 81 mina və piyada əleyhinə 9 mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 913 min 594 kvadratmetr ərazi (525 min 108 kvadratmetr əl ilə, 535 min 400 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 740 min 86 kvadratmetr minaaxtaran itlərin köməyi ilə) yoxlanılıb.