NTV və Sputnik-in birgə layihəsi olan "Sən supersən!də iştirak edən uşaq evinin yetirməsi Pərvanə Alcanova ikinci turda müsabiqəni tərk edib.
Unikal.org istipress-ə istinadən xəbər verir ki, Azərbaycanı müsabiqədə Bakıdan Pərvanə Alcanova və Gəncədən Xoşqədəm Mehdiyeva təmsil edirlər.
Rusiyanın NTV telekanalı və Sputnik Beynəlxalq İnformasiya agentliyinin "Sən supersən! layihəsi fevralın 11-də start götürüb. Layihədə valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlar iştirak edirlər.